"Renessans" komandasının sualları ( IX hissə)

Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm.


41.



Rekvizitdə Mikelancelonun Sikst məbədinin tavanı üçün çəkdiyi əsərin bir parçasını görürsünüz. Bu hissə «Adəmin yaradılması” adlanır. Məhşur bir firma bu şəkili reklam məqsədi ilə istifadə etmişdir. Qara düzbucaqlı ilə biz onların məhsulunu örtmüşük. Bir dəqiqədən sonra bu firmanın şüarını deyin.


Müəllif: Nadir Zamanov (mr13)


Ardı →

"Renessans" komandasının sualları ( VII hissə)

Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm.


31. Diqqət sual: Qadınlar yoxsa kişilər daha güclüdür??? Hamını düşündürən bu suala Türkiyənin əyalət kəndlərinin birinin sakini özünəməxsus şəkildə cavab tapmağa çalışmışdı.O erkək və dişi buzovların quyruqlarını bir-birinə bağlamış, və onları əks istiqa-mətdə qovmuşdu.Nəticədə erkək buzovun quyruğu qopmuşdu. Deyə bilmərik ki, kəndli nə dərəcədə onu maraqlandıran suala düz-gün cavab tapa bilmişdi.Ama sonralar o dəfələrlə buzovu müşahidə edərkən etdiyi hərəkətə görə peşman olmuşdu.Bu peşmançılığın səbəbini deyin.


Ardı →

"Renessans" komandasının sualları ( VI hissə)

Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm. Uzun müddətli ayrılıqdan sonra yenidən suallarımızı yerləşdirirəm. Ümidvaram ki, bəyənəcəksiniz.


26.   Şeirə diqqətlə qulaq asın.

Sən dünyalar gözəlisən,                                                       Azadlıqlar diyarında

Uşaq kimi qəribəsən,                                                           Ya da başqa kainatda

Mənə hər an gərəklisən,                                                       Iğdır, İzmir nə Ankara

Qəlbimin bir küncündəsən                                                    Təksən inan bu dünyada


Həvəskar şair Vüqarın ilham mənbəyini bir dəqiqə ərzində cavab kartınıza yazın....


Müəllif:Vüqar Ağayev


Ardı →

Sakura 18 aprel turniri

1. Keçmiş MDB-ə ancaq Moskvada olub. Birinci dəfə Yunanıstanda olub. Sonuncu dəfə Çində olub. Allah qoysa bəlkə Böyük Britaniyada olacaq:) Bəs ən çox harda olub?
Cavab. Əlbəttə ki, Yunanıstanda. Söhbət Olimpiya oyunlarından gedir.


2. Bir rus inancına görə bu amerikan firmasını əslən rus olan Davıdov və Xarlamov yaradıb. Əslində gop olsa da,Rusiyada hələ də çoxları buna inanır.
: Harley-Davidson (motosikl istehsalında dünya liderlərindən biri)


3. Kral Artur,Herakl, Fateh Vilhelm,Leonardo Da Vinçi, aktyor Cek Nikolsonu məhz bu xüsusiyyət birləşdirir. Onların sayı getdikcə artır. Fahişəlik, çətin həyat tərzi, sevgidə xəyanət və s. onların sayının artmasında böyük rol oynayır.


Cavab: qeyri-qanuni uşaqlar(Дети вне брака)


Ardı →